Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi baş tutacaq.

Offsideplus.az xəbər verir ki, turnirə fevralın 11-də start veriləcək. 11-17 fevral tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarış federasiyanın idman zalında baş tutacaq. 

COVİD-19 pandemiyası səbəbilə yarış tamaşaçısız keçiriləcək.