Cüdoçumuz Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu çıxışıyla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Orucov şəxsi "instagram" səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını bildirib. 30 yaşlı idmançı qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: "Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq"!