Qadın karateçimiz İrina Zaretska BƏƏ-nin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, hakimlər üstünlüyü təmsilçimizə verib. Beləliklə, Zaretska mundialda ölkəmizə ilk qızıl medalı qazandırıb.

Bu, 25 yaşlı karateçinin karyerasında ikinci dünya çempionluğu olub.