Türkiyənin İstanbul şəhərində MMA üzrə turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, Yusif Döyüş Çempionatının (YFC-9) təşkil etdiyi turnirdə ölkəmizi qadın idmançı Gözəl Zutova təmsil edib. 

Gözəl, erməni idmançı Nare Margarosyanla üz-üzə gəlib. Zutova rəqibini 10 saniyəyə nokauta salıb.