Cüdoçumuz Məmmədəli Mehdiyev paytaxt Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız yaponiyalı Kosuke Maşiyama ilə üzləşib.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 28 yaşlı idmançımız gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, bu gün yığmamızın digər üzvləri Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.