Sərbəst güləşçimiz Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Qırğızıstan təmsilçisi Bekbolot Mirzanazarla qarşılaşıb.

Gərgin keçən dueldən 7:6 hesabı ilə qalib ayrılan pəhləvanımız  qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün yığmamızın üç üzvü - Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.