Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz mübarizəyə başlayıb. Xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana qalib gələrək yarımfinala çıxıb. 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellanı məğlub edib, növbəti raunda yüksəlib.