Cüdo üzrə Azərbaycan millisinin yeni kapitanı açıqlanıb.

Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurub. Millimizin yeni kapitanı Rüstəm Orucov seçilib. 

Qeyd edək ki, R.Orucov iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı olub.