Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan karateçiləri Bakıya qayıdıb.

Offsideplus.az-ın məlumatına görə, onları Azərbaycan Milli Karate Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) Tokio-2020-də gümüş medal qazanıb. Firdovsi Fərzəliyev (67 kq) isə yarışı medalsız başa vurub.