Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla ABŞ təmsilçisi Dastin Porye arasındakı 3-cü görüş bu gün baş tutub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ilk raundunda ayağı qırılan irlandiyalı döyüşçü görüşü davam etdirə bilməyib və arenadan xərəkdə çıxarılıb. Dastin Porye qarşılaşmanın qalibi olub. 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da döyüşü izləyənlər arasında idi.