Senytabr ayında rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilmiş döyüş keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov məşhur dağıstanlı döyüşçü Şamil Zavurovla söhbət edərkən deyib.

O bildirib ki, senytabr ayında baş tutacaq döyüşdə Şamillə azərbaycanlı MMA döyüşçüsü, "Qəbələ" İdman Klubunun üzvü Nəriman Abbasov üz-üzə gələcəklər.

Bu qarşılaşma həm də Şamil Zavurovun karyerasında son döyüşü olacaq.