Karateçilərimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar.

Offsideplus.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı Olimpiadaya lisenziyaya da sahib olub.

Kişlərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

Turnirdə 98 ölkədən 500 karateçinin olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. "Pyer de Kubertyen" arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.