Polşanın paxtaxtı Varşava şəhərindəki güləş üzrə "Poland Open" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün mübarizəyə başlayan idmançılar arasında Azərbaycan təmsilçisi Mariya Stadnik də olub.

50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya) ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb. Stadnikin növbəti rəqibi ABŞ-dan Erin Qolston olub. Təmsilçimiz Qolstonu adlayaraq, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə Stadnik Mariya Tiumerekovanı (Rusiya) məğlub edib və finala yüksəlib.

Axşam seansında qızıl medal üzrə görüşə çıxan idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.