Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan qadın güləşçisi Mariya Stadnik bu gün mübarizəyə qoşulub. 50 kq çəki dərəcəsində çıxış edən idmançımız ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.