Karateçimiz Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Ağayev Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan idmançımız gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycanı təmsil edən qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində yunan Vasiliki Panetsidunu məğlub edərək, qızıl medal qazanıb.