Sərbəst güləşçimiz Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan 22 yaşlı güləşçinin rəqibi slovakiyalı Boris Makoyev olub. Görüş 4:4 hesablı bərabərliklə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən, Makoyev qalib elan olunub.

Pəhləvanımız finala yükələ bilmədiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını əldən verib. O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.