Polşanın paytaxtı Varşava şəhərində keçirilən  güləş üzrə Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli bu gün bürünc medal uğrunda görüşə çıxıb.

55 kq çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionu almaniyalı Fabian Şmittlə qarşılaşıb. Rəqibini məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.

Bu gün Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevlə (Rusiya) qarşılaşacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda Dmitri Pışkovla Ukrayna) güləşəcək.

Xatırladaq ki, hazırda Azərbaycanın altı mükafatı var. Eldəniz Əzizliyə qədər sərbəst güləşdə Maria Stadnik (50 kq) qızıl, Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Həhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.