Qadın güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulununa yiyələnib.