Rüstəm Orucov Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, buna 30 yaşlı idmançının koronavirusa yoluxması səbəb olub. 73 kq çəki dərəcəsində çıxış edən cüdoçu xəstəliyi bir az ağır keçirdiyini, hazırda özünü yaxşı hiss etdiyini və müalicə olunduğunu bildirib.

Qeyd edək ki, Portuqaliyanın paytaxtında təşkil olunacaq turnir 16 - 18 aprel tarixində baş tutacaq (Report).