Cüdoçumuz Murad Fətiyev Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.

Xatırladaq ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib.