İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən taekvondo üzrə “Turkish Open" beynəlxalq turnirinin üçüncü yarış günü yığmamız üçün uğurlu olub.

Offsideplus.az xəbər verir ki, yarış ərzində turnirin qalibi Milad Hərçəqani və gümüş medala sahib olan Radik İsayevin ardından Ayxan Tağızadə də fəxri kürsüyə qalxıb. 

Mübarizəyə 74 kq çəki dərəcəsində qatılan komandamızın üzvü, yarımfinala kimi inamla irəliləsə də, finala vəsiqə uğrunda döyüşdə ispan rəqibinə məğlub olub. Tağızadə, yarışı bürünc medala başa vurub.