Mütləq Döyüş Çempionu Həbib Nurmaqomedov Konor Makqrekor barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, dağıstanlı döyüşçü Makqreqorun bir daha karyerasının əvvəlki pik dönəmlərinə qayıda bilməyəcəyini deyib. 

"Konor Makqreqor bir daha əvvəlki pik vaxtlarına qayıda bilməyəcək. Ümumiyyətlə, bu hal təkcə onun üçün keçərli deyil, bütün idmançılarda belə olur. Heç bir döyüşçünün karyerası ikinci dəfə zirvəyə çata bilməz".