Həbib Nurmaqamedov həmyerlisi olan MMA döyüşçüsünə dəstək olub.

Offsideplus.az xəbər verir ki, UFC-nin dünya çempionu rəhmətlik atası Abdulmanap Nurmaqamedovun akademiyasında döyüş növünün sirlərinə yiyələnən İmamşəfi Əliyevlə birgə şəklini paylaşaraq bu sözləri yazıb: "5 il əvvəl İmamşəfi bazarda qaloş satırdı. Deyim ki, bu onda heç də pis alınmırdı. Amma indi öz üzərində dayanmadan çalışır və 2023-cü ildə UFC-də döyüşmək istəyir. Ona qədərsə bir neçə döyüş keçirməlidir. Yanvarın 15-də Əbu-Dabidə Eagle FC UAE Warriors turnirində rinqə çıxacaq". 

Qeyd edək ki, Həbib MMA ilə məşğul olan gənclərə dəstək olmasıyla seçilir.