Teymur Rəcəbov "Airthings Masters" turnirində finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 1/4 finalda rusiyalı dünya 4-cüsü İan Nepomniaçtçini məğlub edən həmyerlimiz yarımfinalda daha bir rusiyalı usta Danil Dubovu mübarizədən kənarlaşdırmağı bacardı. Teymur bununla da finala yüksəldi.

Rəcəbovun finaldakı rəqibi Levon Aronyan olacaq. Erməni şahmatçı ilə qarşılaşma sabah saat 18.00-da start götürəcək.