Rusiyada maraqla izlənilən əlbəyaxa idman növü üzrə "Hardscore fighting"də həmyerlimiz finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Emil Novruzov yarımfinaldakı rəqibini məğlub edəndən sonra olduqca sevincli görünüb. Azərbaycanlı döyüşçü kameralar önünə keçərək qələbəsini öz xalqına və müharibədə dünyasını dəyişən şəhidlərə həsr etdiyini deyib.

Onun bu addımı ətrafdakılar tərəfindən coşqu ilə qarşılanıb.