Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurmaqomedov "instaqram" hesabında etdiyi paylaşım ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, məşhur döyüşçü UFC prezidenti Dana Uayt ilə fotosunu paylaşaraq "Tezliklə görüşərik" yazıb. İdmançının bu yazısı insanlarda çaşqınlıq yaratdığı üçün ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Həbib Nurmaqomedov oktyabrın 25-də keçirdiyi son döyüşdən sonra karyerasını bitirdiyini açıqlamışdı. O, anasına bir daha döyüşməyəcəyi barədə söz verdiyi üçün bu addımı atdığını bildirmişdi.