Həbib Nurməhməhəmmədov "Rusiyanın Milli Qəhrəmanı" adına layiq görülə bilər.

Offsideplus.az xəbər verir ki, Dümanın millət vəkili Hacımurad Omarov bununla bağlı Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Deputat müraciətində Həbibin döyüş meydanlarında Rusiyanı layiqincə təmsil etdiyini və UFC-də rekorda imza atdığını diqqətə çatdıraraq, ona Milli Qəhrəman adının verilməsini xahiş edib. Omarov məktubda yazdıqlarını "feysbuk" səhifəsində paylaşıb. 

Qeyd edək ki, oktyabrın 24-də Castin Getji ilə Abu-Dabidəki görüş Nurməhəmmədovun karyerasında sionuncu olub. Peşəkar karyerasını başa vuran 32 yaşlı idmançı keçirdiyi 29 döyüşün hamısını qalib başa vurmaqla dünya rekordu müəyyənləşdirib.