Yunan-Roma güləşçisi İslam Abbasov Qubadlının erməni işğalından azad olunması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı "Report"a açıqlamasında bildirib ki, həmin yerləri görməsə də, hər zaman Qubadlının həsrətində olub: "Xəbəri eşidəndə ailəlikcə çox sevindik. Atam da I Qarabağ müharibəsində iştirak edib, qazidir. Prezident İlham Əliyevin çıxışını gözləyirdik ki, Qubadlının işğaldan azad olunmasını açıqlasın. Oralara getməyi çox istəyirik. Sevincimizin həddi-hüdudi yoxdur. Xəbəri ilk olaraq sosial şəbəkələrdə gördüm. Cənab Prezidentin tvitter hesabını izləyirdim. Ailəmizə mən xəbər etdim, hamı sevindi. Ordumuza və Ali Baş Komandanımıza minnətdarıq".
Bu il İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanmış 24 yaşlı idmançı Qubadlıya gedəndə ilk olaraq qəbirstanlığı ziyarət edəcəyini sözlərinə əlavə edib: "Orada tarixi abidələrimizi bacardığımız qədər bərpa etməli və əvvəlki vəziyyətə gətirməliyik. Sonra isə Qubadlıda güləş məktəbi açmaq barədə fikirləşmək olar. İlk növbədə, tarixi yerlərdə yenidənqurma işləri görülməlidir".
Abbasov Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna daim minnətdar olacaqlarını vurğulayıb: "Bu qələbələrdə kimin zəhməti olubsa, hamısına minnətdaram. Bizim üçün tarixi andır. Azərbaycanın belə qələbələri olmayıb. Laçın, Kəlbəcər, Şuşa, Ağdam və Xankəndini tezliklə işğaldan azad edəcəyimizə inanıram. Cənab Prezidentdən xoş xəbərlər gözləyirik".
Pandemiya səbəbindən açıq havada məşq etdiklərini xatırladan güləşçi əsas məqsədinin ilin sonundakı dünya çempionatında qızıl medal qazanmaq olduğunu söyləyib: "Mundialda çempion olmaq və medal qazanmaq üçün yollanacağam. Qazanacağım qələbəni Orduya, əziyyət çəkən qardaşlarımıza həsr etmək istəyirəm".
Qeyd edək ki, İslam Abbasov 2017-ci ildə Bakı keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, 2018-ci ildə 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub.