Həbib Nurməhəmmədov növbəti sınaq qarşısındadır.

UFC-nın mütləq çəkidə rusiyalı kəmər sahibi bu gün axşamı səs-küylü döyüşə çıxacaq. Rəqibi 24 döyüşün 22-də qalib olmuş amerikalı Castin Getjidir. Duel bu gün axşam Əbu-Dabidə baş tutacaq.

Offsideplus.az xəbər verir ki. ünlü idmançı bu gün səhər şəxsi "instaqram" hesabında video paylaşaraq bu sözləri deyib: "Döyüşə 13 saat qalıb. Səhərdən məşq edib, yaxşıca tərləmişəm. Şərait gördüyünüz kimidir, yaxşıdır".