Tunisin Hammamet şəhərində keçirilən gənc taekvondoçular arasında dünya birinciliyi davam edir.

Offsideplus.az xəbər verir ki, mundialın ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb.

 Həmyerlimiz Xanoğlan Kərimov komandamıza ilk medalı qazandırıb. Belə ki, 55 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançımız Almaniya, Livan, Argentina və Türkiyə təmsilçilərinə qalib gələrək, yarımfinala adlayıb. Finala vəsiqə uğrunda mübarizədə Çin Taypeyindən olan taekvondoçunu da mübarizədən kənarlaşdıran Xanoğlan həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olaraq, yarışı gümüş medalla başa vurub.

 Qeyd edək ki, yarış aprelin 13-də başa çatacaq.