Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış başa çatıb.

Offsideplus.az xəbər verir ki, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdani ilə üz-üzə gəlib.
Yekunda Əliyev 76953, Yazdani isə 87111 səs toplayıb. Beləliklə, Azərbaycan güləşçisi bu yarışda ikinci yeri tutub.