Dünya Güləş Birliyinin (UWW) rəsmi "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış davam edir.

Offsideplus.az xəbər verir ki, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/4 finalda italiyalı rəqibi Frank Çamizoya qalib gələrək yarlmfinala adlayıb.

29 yaşlı idmançı finala yüksəlmək üçün ABŞ-ın 74 kq-da olimpiya və dünya çempionu Cordan Barrouza qalib gəlməlidir. Səsvermədə hələ ki, güləşçimiz öndədir.

Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.