Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurmaqomedov koronavirus testindən keçmək istəməyib.

Offsideplus.az xəbər verir ki, atası bu virusa yoluxduqdan sonra Moskvada onun da analiz verməsini və müayinədən keçməsini istəmələrinə baxmayaraq, Nurmaqomedov bu istəyi geri çevirib. Tanınmış idmançı buna ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Həbib Nurəhmədovun atası Abdulmanal Nurmaqomedov hazırda xəstəxanadadır. Ürək-damar çatışmazlığından əziyyət çəkən 57 yaşlı ata Nurmaqomedovun vəziyyəti ağırdır.