Bellatorda mübarizə aparan məşhur döyüşçü İsaiya Çapman evinin yaxınlığında ölü halda tapılıb.

Offsideplus.az xəbər verir ki, amerikalı döyüşçünün güllələndiyinə dair məlumat jurnalist Devid Makkini və Bellatorun matç-meykeri Riç Çou tərəfindən təsdiq edilib.

Yerli polis atışma ilə bağlı çağırışa gedərkən silah yarası almış Çapmanla qarşılaşıblar. Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, 30 yaşlı döyüşçünün həyatını xilas etmək mümkün olmayıb. Ona hücum edən şəxsin kimliyi hələlik məlum deyil.