Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun UFC 249 turnirinə qatılmayacağı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, UFC-in rəhbəri Deyna Uayt rəsmi “Twitter” hesabından etdiyi paylaşımda yarışın Həbib Nurməhəmmədov olmadan baş tutacağını bildirib.

Döyüşlərin keçirilmə vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, UFC 249 turnirinin ABŞ-ın Nyu-York şəhərində planlaşdırılsa da, sonradan koronavirusa görə təxirə salınıb. Gecənin əsas döyüşü Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Hazırda Rusiyada olan Nurməhəmmədov məkanı əvvəlcədən bilməyəcəyi təqdirdə, turnirdə iştirak etməyəcəyini açıqlamışdı. Yarışın məkanı barədə məlumat yoxdur.