Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun sərvəti bəlli olub.

Offsideplus.az xəbər verir ki, atası Abdulmanap Nurməhəmmədov oğlunun pulu haqda danışıb.

Həbibin valideyni Rusiya mətbuatına açıqlamasında oğlunun sərvətinin 100 milyon dollar olduğunu bildirib:

"Həbib təcrübə baxımından varlı adamdı. Pulu nə qədərdi? Dünyada daha çox pulu olan adamlar var. Oğlumun sərvəti 100 milyon dollara yaxındır”.