"Bu qərar bizim üçün çətindir, amma insanların sağlamlığı daha vacibdir".

Offsideplus.az xəbər verir ki, bu sözləri Cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov deyib.

İdmançımız Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə verdiyi açıqlamada Tokyo-2020-nin təxirə salınmasından danışıb:

"Tezliklə hər şeyin daha yaxşı olacağına ümid edirəm. Düşüncələrimiz və dualarımız koronavirusdan zərər çəkmiş insanlarladır. 2021-ci il Olimpiya Oyunları üçün daha güclü olacağam".