Karate1 Premyer Liqa turnirinin BƏƏ-nin Dubay şəhərində keçirilən ikinci mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günü altı kumite idmançımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi - 67 kq), Rafael Ağayev (-75 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq) mübarizəyə qatılıb.

Beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev  finala çıxıb. O, növbə ilə xorvatiyalı İvan Martinatsı 3:0, Latviya təmsilçisi Ruslan Sadıqovu 4:1, türkiyəli Ərman Eltemuru 3:2 və iranlı Bəhmən Əsgərini 3:0 hesabı ilə məğlub edərək finalda yarışmaq hüququ əldə edib.

Ağayevin finaldakı rəqibi ikiqat dünya və beşqat Avropa çempionu italiyalı Luici Buza olacaq.