Məşhur amerikalı MMA döyüşçüsü Con Cons irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında keçiriləcək revanş döyüşü haqqında fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, idmançı fikirlərini belə şərh edib:

“Əgər mən bu oyuna pul qoymaq istəsəydim, seçimim əlbəttə ki, Həbib olardı. Yəni, kağız üzərində bütün şanslar onun tərəfindədir. Amma Makqreqorun da şansları qalmaqdadır”.