Tofiq Musayev dünyanın MMA üzrə ən nüfuzlu turnirlərindən olan Rizin "Gran Prix"ində iştirak edir. 

Offsideplus.az xəbər verir ki, Azəbaycan MMA tarixində ilk dəfə olaraq azərbaycanlı idmançı dünya çaplı turnirdə bu qədər irəliləyə bilib. 
Tofiq Musayev 31 dekabr 2019-ci il tarixində Yaponiyada bir gündə yarım final və final mərhələlərində iki müxtəlif döyüşçü ilə qarşılaşacaq. Onun yarım final mərhələsindəki rəqibi amerikalı döyüşçü Conni Keys olacaq.  
Tofiq Musayevin yarışda iştirakına maddi dəstəyi yapon biznesmen göstərəcək. Bu barədə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov "Facebook" səhifəsində məlumat verib.
"Tofiq dekabrın 31-i baş tutacaq yarış üçün artiq bir həftədir Yaponiyadadır.Şəkildə gördüyünüz,sağ tərəfdən birici olan insan - TƏMƏNNASIZ olaraq Tofiqin önümüzdəki yarışda çıxış etməsi üçün ona maddi dəstək olan yaponiyalı iş adamıdır.Həmin iş adamı kifayət qədər vəsait tutmasına baxmayaraq onun bütün xərclərini ödəməklə dəstək verməkdədir. Bunu vurğulamaqda məqsədim odur ki, çox təəssüf ki, bu gün bizim bir sıra iş adamları Azərbaycan bayrağını dalğalandıran idmançıya dəstək olmaq əvəzinə bəzi üzdəniraqlara və gərəksiz şeylərə pul xərcləməyi daha üstün tuturlar. Biz özümüz dura-dura milləti,qanı,geni tamami ilə bizə yad olan bir millətin nümayəndəsi yaponiyalı iş adamı sadəcə Tofiqin idman sahəsindəki nailiyyətini bəyənərək ona könüllü şəkildə dəstək olmaqdadır.Ey bir çox iş adamları,baxın və utanın!!!".
 
 
Qeyd edək ki, Tofiq Musayev oktyabrın 12-də Yaponiyada rəqibi Damien Brounla qarşılaşmış və cəmi altı dəqiqəyə onu məğlub etmişdi.