Sərbəst güləş üzrə keçmiş Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi döyüş keçiriləcək.

Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.

Qeyd edək ki, Əli İsayev 2009-cu ildə Litvanın paytaxtı Vilnyusda keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. O, finalda Dağıstan osetini olan, amma Ermənistanı təmsil edən Ruslan Basiyevi məğlub edərək Avropa çempionu olub.