Taekvondoçumuz Milad Beigi Harçeqani Çinin Usi şəhərində keçirilən Böyük Dəbilqə turnirində 4-cü olub.

Offsideplus.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə çinli Tuersun Mayerdana 0:2 hesabı ilə qalib gəlib.

Harçeqani növbəti görüşdə yaponiyalı Hidenori İbatanı da eyni hesabla məğlub edib. O, yarımfinalda koreyalı Hvan Nam-Qonqa məğlub olub - 1:2.

Dünya çempionu üçüncü yer uğrunda görüşdə özbəkistanlı Nikita Rafaloviçlə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Milad Beigi Harçeqani Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.