İspaniyanın paytaxtı Madrid şəhərində karate üzrə premyer liqa start götürüb.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı bu turnirdə 17 idmançı təmsil edir. Yarışın ilk günündə tatami üzərinə çıxan 6 təmsilçimizdən yalnız Nuranə Əliyeva (50 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ qazanıb.

Komandamızın lideri Rafael Ağayev (75 kq) ilk görüşündəcə serbiyalı Lyubişa Mariçə (0:2), eləcə də digər idmançılarımız – Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi – 67 kq) və İlahə Qasımova (55 kq) məğlub olaraq mübarizəni erkən dayandırıblar.