Qarışıq döyüş növləri üzrə məşhur idmançı Uolt Harrisin bir ay əvvəl itkin düşən qızının meyiti tapılıb.

Offsideplus.az xəbər verir ki, polislər 19 yaşlı qızın meyitini Corciya ştatının Meykon şəhərində tapıblar. İtkin düşdüyü gün Ani Blançardla görüşmüş şəxsi polislər şübhəli şəxs qismində nəzarətə götürmüşdülər. Həmçinin, gənc qızın idarə etdiyi avtomobil də polislər tərəfindən aşkar edilmişdi. Avtomobildə zərbə izləri aşkar olunmuşdu.

Qeyd edək ki, Uolt Harris ağır çəki dərəcəsində qarışıq döyüş növləri üzrə yarışlarda iştirak edir.