Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançının rəqibi ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayder olub. İlk hissədən Snayder 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci hissədə Şərifov daha fəal güləşərək, önə keçib. Bununla da azərbaycanlı Avropa, dünya və olimpiya çempionu finala adlayıb. 

Həlledici qarşılaşmada rəqib rusiyalı Abdulrəşid Şadullayev olacaq.


Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 4:3. Bununla da Həsənov ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada onun rəqibi Kayl Deyk olacaq.

Qeyd edək ki, Cəbrayıl Həsənov 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş mundialı gümüş medalla başa vurmuşdu.

Həmin vaxt o, finalda məhz Kayl Deyklə qarşılaşmış və uduzmuşdu.

***

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. 
Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub
Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb.
Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.
Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 14:45-də başlayacaq. 

61 kq
1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (CUB) 7:0
1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İRİ) 12:13

79 kq
1/8 final - Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (UKR) 7:0
1/4 final - Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (KAZ) 13:4
1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (SVK)

86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (UZB) 1:4

97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (KOR) 11:4
1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (UKR) 4:0
1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (GEO) 6:0
1/2 final - Şərif Şərifov - Kayl Snayder (USA)