Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Offsideplus.az-ın məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı  finalda Ono Syoxeylə (Yaponiya) qarşılaşıb və rəqibinə ipponla uduzub. Beləliklə, R.Orucov gümüş medalla kifayətlənib.

Eyni çəkidə çıxış edən idmançımız Hidayət Heydərov isə bürünc medal qazanıb. O, rəqibi Somon Mahmadbekovu (Tacikistan) əlavə vaxtda məğlub edib.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında finala yüksəlib.

 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərovu üstələyib.

Qeyd edək ki, Orucov finalda yaponiyalı Ono Syoxey ilə qarşılaşacaq. Heydərov isə bürünc medal görüşündə tacikstanlı Somon Mahmadbekovla üz-üzə gələcək.

***

 

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

Offsideplus.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.

Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar.