Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında gümüş medal qazanıb.

Offsideplus.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan Heydərov finalda rusiyalı Yevgeni Prokopçuka uduzub.

Bu, Azərbaycanın Universiadada ilk medalı olub.