İngiltərənin Mançester şəhərində təşkil edilən taekvondo üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın dördüncü günündı millimizin iki üzvü yarımfinala vəsiqə qazanıb.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/4 finalda Fil Dişi Sahili təmsilçisinə, kişilərin mübarizəsində isə Milad Beigi Harçeqani (80 kq) Moldova təmsilçisinə qalib gəlib.

Əzizova yarımfinalda Çin, Milad isə Cənubi Koreya idmançısı ilə qarşılaşıb. Fəridə uduzaraq bürünc medalla kifayətlənib, Harçeqani isə görüşünü qələbə ilə başa vurub və finala yüksəlib.