Qırğızıstanda yaşayan əslən azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC29 turnirində debüt edəcək.

Offsideplus.az xəbər verir ki, həmvətənimiz ilk döyüşünə aprelin 20-də Rusiyanın Sank-Peterburq şəhərində çıxacaq. Rəqibin kim olacağı hələlik bilinmir. “UFC turnirində mübarizə aparmaq uşaqlıq arzumdur. Hələ də inana bilmirəm ki, arzum gerçəkləşib. Məqsədimə çatmaq üçün bütün çətinliklərə dözdüm. Əzmkarlıq və motivasiya sayəsində istəyimə çatdım. Bu yolda ailəm, yaxınlarım,dostlarım, məşqçilərim mənə dəstək oldu. Əminəm ki, debüt uğurlu olacaq. Qələbədən sonra vətənim Qırğızıstanın və azərbaycançılığımı təsdiq edən Azərbaycan bayrağını dalğalandıracağam”, - Fiziyev bildirib.