Məşhur azərbaycanlı yunan-Roma güləşçisi Rəsul Çunayev UFC idmançısı Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşdən əvvəl Bakıdakı görüşdən video paylaşıb.

Offsideplus.az xəbər verir ki, Çunayev onunla görüşdən çəkilmiş videonu sosial media ünvanında paylaşıb.

Qeyd edək ki, videoda Həbib Nurməhəmmədov zarafatla Azərbaycanda ət yeməyindən çox istifadə edildiyini, kökəldiyini və xəstəxanaya düşə biləcəyini bildirir.